Mətbuat açıqlaması
8 fevral 2022
5 mart 2022-ci il tarixində Bakı şəhərində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək.
“Fərqli Fərdlər” bu il də xüsusi qayğıya ehtiyacı olan insanlara hər zaman qayğı və diqqət göstərən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilir.
“Fərqli Fərdlər” konqresinin qızıl sponsoru bp şirkətidir. Gümüş sponsor qismində isə “PMD Group” şirkəti çıxış edir. Tədbir həmçinin “CTS Translation”, “Black & Black Studio”, “Konfrans Services” və “AzExpoMontage” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur.
Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, ABŞ, Azərbaycan, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin prodüseri “Autistic city” ASP diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.
Konqresin builki proqramına 5 sessiya daxildir:
• xüsusi insanların həyatının xüsusiyyətləri
• inkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi
• xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti
• xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera
• xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunacaq.
Ilk dəfə olaraq konqresdə “Uşaq Serebral İflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.
Facebook səhifəsində https://www.facebook.com/ferqliferdlercongress “Fərqli Fərdlər” ailəsinə qoşulun. Xəbərləri izləyin, müzakirə edin və suallar verin.
Tədbirdə tərəfdaş və ya sponsor kimi çıxış etmək üçün congress@ceo.az elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində bir sıra konkret nəticələrə nail olub:
- Konqresin təşkilatçıları Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi bu proqrama dəstək verərək layihəni reallaşdırıb. Bakı hava limanı dünyanın ən müasir hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Artıq burada “görünməyən” məhdudiyyəti – autizm, Demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur. Bu xidmətlərin sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahat və az həyəcanlı olub. Gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilib.
- Təşkilat komitəsinin təşəbbüsü ilə Toni Ettvudun “Asperger sindromu üzrə tam təlimat” kitabı rus dilinə tərcümə edilib. Kitabın tərcüməsi və nəşri layihəsinin üzərində işləyən bütün komanda fərqli inkişaf xüsusiyyətləri olan insanlardan ibarətdir. Beləliklə, tərcümə ilə Asperger sindromu olan insanlar - Antonina Steynberq və Aleksey Voskov məşğul olublar. Nəşrin korrektoru- “Rus dili və ədəbiyyatı” üzrə filoloq, filologiya elmləri namizədi, Asperger sindromlu oğlanın anası - Vera Jibuldur. Kitabın cild dizaynının müəllifi autizmli Ayşə Məmmədlidir. Hazırda kitab nəşrə hazırlanır.
- “Fərqli Fərdlər” konqresi zamanı bir çox insan diaqnostikadan keçmişdir. İştirakçılar beynəlxalq mütəxəssislərdən ödənişsiz məsləhətlər alıb, xüsusi qayğıya ehtiyacı olan fərdlərin yaxınlarının təcrübəsini görüb və çıxışlarını izləyiblər. Xarici spikerlər tədbirdən sonra da yerli mütəxəssislərlə sıx əməkdaşlıq edir. Bundan əlavə, “Fərqli Fərdlər” tədbiri xüsusi maarifləndirici proqramın hazırlanmasına təkan vermişdir.
- Konqres yeni yaradıcı layihələrin reallaşmasına səbəb oldu: yalnız xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarət bir çox uşaq bədii kollektivlərinə çıxış etmək imkanı verdi, autizm spektr pozuntusu olan gənc qızın ssenarisi əsasında “Zaman maşını” uşaq tamaşası nümayiş etdirildi.
- Azərbaycanın “BUTALI” zərgərlik brendinin “DOSTUM” adlı ilk uşaq və gənc kolleksiyasının dizayneri də autizmli qızdır.
- Autizmli uşaqların valideynləri üçün xüsusi dəstək klubu fəaliyyət göstərir. Klub üzvləri hər ay toplaşaraq təhsil, təlim tərbiyə, uşaqların gələcəyi mövzusunda müzakirələr aparır və bir birilərinə dəstək olurlar.