RƏYLƏR
Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda, “Bakı Enerji Forumu” enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir.İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Sizi ən səmimi hislər və hörmətlə salamlayıram. Bakı Enerji Həftəsi ilə bağlı təşkil olunan bütün tədbirlərin, o cümlədən bu gün Şuşada keçirilən Xüsusi Sessiyanın faydalı olmasını arzu edirəm. Hər sahədə olduğu kimi, energetika sahəsində də Can Azərbaycan ilə yüksək səviyyədə davam edən əməkdaşlığımız ölkələrimiz və regionumuz üçün strateji əhəmiyyət daşıyır.RECEP TAYYİP ERDOGAN
Energetika və enerji təhlükəsizliyinin əhəmiyyətinin get-gedə artdığı bir dövrdə təşkil olunan Bakı Enerji Həftəsinin uğurlarının davamlı olmasını arzulayır, bütün iştirakçıları ən səmimi hislərlə salamlayıram.
Türkiyə Respublikasının Prezidenti
“Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, “Bakı Enerji Forumu” dünyanın müxtəlif ölkələrini təmsil edən hökumət nümayəndələri, enerji şirkətləri və mütəxəssisləri ilə birgə yeni investisiya imkanlarının, əməkdaşlıq təkliflərinin müzakirə meydanı olacaq. Qarşılıqlı faydalı əməkdaşlığın yeni layihələrlə davamına yol açmaqla gələcəkdə də ölkələrimizin inkişafına töhfə verəcək.PƏRVİZ ŞAHBAZOV
Azərbaycan Respublikasının energetika naziri
Koronavirus pandemiyasi ilə əlaqədar olaraq görüşə bilmədik, lakin bu il Bakıda neft-qaz sərgisi və forumunu ziyarət etmək imkanımız olduğu üçün çox şadıq.VİRGİL-DƏNİEL POPESKU
Sərgidə ayrıca stend təqdim etdik, Azərbaycanın paytaxtında - SOCAR və digər şirkətlərlə çoxlu görüşlərimiz oldu və düşünürük ki, danışıqlar müsbət nəticə verəcək.
Azərbaycan, Türkiyə, Bolqarıstan, Serbiya, ABŞ və Avropa İttifaqından olan həmkarlarımızla səmərəli müzakirələr aparmaq imkanımız oldu.
Rumıniyanın Energetika naziri
“Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlər bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır və geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır. Builki tədbirlərə yüzlərlə iştirakçının qatılması tədbirimizə artan marağın əyani göstəricisidir.RÖVŞƏN NƏCƏF
İnanıram ki, “Bakı Enerji Həftəsi” dünyada enerji sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək və yeni əməkdaşlıqların formalaşması baxımından mühüm platforma olduğunu bir daha sübut edəcək.
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən
Forum uğurlu şəkildə davam edir. Hal-hazırda enerji təhlükəsizliyi strategiyasının müzakirəsi çox vacibdir. Biz bir çox ölkələrdə enerji təhlükəsizliyinin peşəkar təminatı ilə məşğul olmağa hazır və bizimlə həmfikir insanları tapmalıyıq.VANNİA QAVA
Burada, forumda qaz məsələsindən də danışdıq. Bu enerji keçidi üçün vacibdir. Yenə də deyirəm: enerji balansını qorumaq və ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək bizim üçün vacibdir.
İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibinin müavini
Düşünürəm ki, tədbir əla şəkildə təşkil olunub. Gözəl məkan seçilib, hər şey gözəl düşünülmüşdür və qonaqpərvərlik həmişəki kimi öz səviyyəsindədir!NİAL HENDERSON
Fikrimcə, bu cür tədbirlər çox vacibdir, həm hökumət nümayəndələri, həm də özəl şirkətlər və tənzimçilərlə bir araya gəlmək, gələcək və aktual məsələləri müzakirə etmək imkanı verir və forum bütün maraqlı tərəflər üçün ideal görüş yeridir.
Vitse-Prezident, bp