• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

Xəzər regionunun aparıcı sərgi və konfrans təşkilatçısı

  • AZ
  • EN
  • RU
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

19-21 SENTYABR TARİXİNDƏ “BIHE 2016”, “STOMATOLOGY AZERBAİJAN 2016” VƏ “BEAUTY AZERBAİJAN 2016” SƏRGİLƏRİ KEÇİRİLƏCƏK
19-21 SENTYABR TARİXİNDƏ “BIHE 2016”, “STOMATOLOGY AZERBAİJAN 2016” VƏ “BEAUTY AZERBAİJAN 2016” SƏRGİLƏRİ KEÇİRİLƏCƏK

15.09.2016

http://new.iteca.az/uploads/iteca/news/33/news_33_4828_1.jpg

22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək. Artıq 22 il ərzində, sərgi tibb sahəsində istifadə olunan innovativ məhsulların təşviqi üçün yeni imkanlar yaratmaqla yanaşı, tibbi texnika və avadanlıqlar, dərman istehsalçıları, səhiyyə sistemində fəaliyyət göstərən peşəkarlar, eləcə də dövlət strukturları və ölkənin işgüzar çevrələrinin nümayəndələrini cəlb edir. “BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir.

22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisində dünya üzrə 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir. Bu şirkətlər arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Ümumilikdə, xarici eksponentlər sərgi iştirakçılarının 60%-ni təşkil edir. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribyutorları da iştirak edirlər. Yerli distribyutorlar arasında “Besan”, “BTL Industries AZ”, “Labservis” və digərləri yer alır. Azərbaycan, Çexiya Belçika və Tunis şirkətlərinin də qatıldığı builki sərginin debütantları sərgi iştirakçılarının 30%-ni təşkil edir.

“BIHE 2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər.

Bu il xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru aktiv təqdim olunub. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alır. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

İlk dəfə olaraq, 20 sentyabr tarixində Bakı Ekspo Mərkəzində təşkilatçılar tərəfindən “Tibbi turizm” sektoru çərçivəsində seminar təşkil olunacaq. Seminar iştirakçıları əvvəlcədən planlaşdırılmış görüş sayəsində işgüzar əlaqələr qurmaqla yanaşı, (vasitəçi olmadan) birbaşa danışıqlar apara biləcəklər. Seminarın keçirilməsi Azərbaycanda müalicəvi turizm sektorunun inkişafına, xarici həmkarlarla təcrübə mübadiləsinin aparılmasına və Azərbaycanın müalicə-sağlamlıq turizmi üzrə potensialı barədə ictimaiyyətin məlumatlandırılmasına kömək edəcək.

Beləliklə, “BIHE” sərgisi səhiyyə peşəkarları arasında ünsiyyətin qurulması üçün əsas tədbir, habelə səhiyyə sektoru üzrə yeni məhsullar, müalicə metodları və aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün ideal platforma olaraq qalır və bu funksiyanı layiqincə yerinə yetirir.

“BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçiriləcək.

 

11-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya “Stomatology Azerbaijan 2016” sərgisi keçiriləcək. Hər il “Stomatology Azerbaijan" sərgisi regionun yeganə ixtisaslaşdırılmış tədbiridir. Sərgi stomatologiya mütəxəssislərinin ənənəvi görüş yeri, eləcə də tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu məkandır.

Bu ilki “Stomatology Azerbaijan" sərgisinin iştirakçıları - Johnson&Johnson, DRC group (brand R.O.C.S), Piave, Henan Biou Medical Devices Co.,Ltd yeni stomatologiya avadanlıqlarını, istifadə materiallarını, implantasiyada və diş ağardılmada yeni texnologiyalarını, ağız boşluğunun gigiyenasında vasitələrini təqdim edəcəklər.

 

10-cu Yubiley Azərbaycan Beynəlxalq

Gözəllik və Estetik Tibb Sərgisi

 

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan” sərgisi keçiriləcək. “Beauty Azerbaijan” sərgisi keçirildiyi on il ərzində gözəllik sənayesinin peşəkarlarını və bu sektorun məhsul və xidmət istehlakçılarını hər il bir arada toplayan peşəkar foruma çevrilib. Keçirildiyi illər ərzində sərgidə ümumilikdə 250 şirkət iştirak edib ki, bu şirkətlər arasında da salon biznesinin müxtəlif istiqamətləri üzrə yerli və xarici istehsalçı və distribyutorlar yer almışdır. Bu müəssisələrin əksəriyyəti sərgidə faydalı əlaqələr qurub, gələcək tərəfdaşlarla görüşüb, müştəri bazasını genişləndirib və hazırda bazarda uğurla fəaliyyət göstərir.

Bu il yubiley sərgidə Azərbaycan, Almaniya, İtaliya, Koreya, Rusiya və Ukrayna kimi ümumilikdə 11 ölkəni təmsil edən 35 şirkət bir arada toplanacaq. Bu şirkətlər peşəkar kosmetologiya məhsulları, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetologiya aparatları və bir sıra digər məhsulları təqdim edirlər. Həmçinin, bu il İtaliyanın kosmetologiya şirkətləri böyük qrup şəklində sərgidə iştirak edir. Builki sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və digər məhsullar var. İlk dəfə  olaraq, “Beauty Azerbaijan” sərgisində Taylandı təmsil edən şirkətlər də təmsil olunacaq. Bu şirkətlər dekorativ kosmetika, saç və dırnaqlara qulluq vasitələri, eləcə də SPA məhsulları ilə ziyarətçilərin diqqətini cəlb edəcək. Şirkətlərin stendlərində təqdimat və “master-klas”ların (ustad dərslərinin) keçirilməsi də planlaşdırılır. “Beauty Azerbaijan” sərgisi haqqında bütün məlumatları tədbirin rəsmi veb-saytından (www.beauty.iteca.az) əldə etmək olar.

Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Iteca Caspian  və onun Böyük Britaniyalı tərəfdaşı ITE Group şirkətləri çıxış edirlər.

 

2016-cı ildə Iteca Caspian şirkətinin rəsmi tərəfdaşları qismində “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti çıxış edirlər.

BİZƏ QOŞULUN

VİDEO

DƏLƏDUZLAR DİQQƏT

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

XƏBƏRLƏR

  • 20.04.2022
    Bakı Enerji Həftəsi iyun ayında start götürür

  • 06.04.2022
    Yaz sərgi mövsümü öz işinə başlayır

  • 30.12.2021
    1-3 iyun 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda Bakı Enerji Həftəsi keçiriləcək

  • 22.03.2021
    Novruz bayramınız mübarək!

  • 21.11.2020
    Caspian Energy Club Qarabağın iqtisadi inkişafında iştirak edəcək

bütün xəbərlər

1999 - 2022 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.