• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

Xəzər regionunun aparıcı sərgi və konfrans təşkilatçısı

  • AZ
  • EN
  • RU
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

“Road & Traffic” sərgisi dünyanın 11 ölkəsini 26 şirkəti bir araya toplayıb
“Road & Traffic” sərgisi dünyanın 11 ölkəsini 26 şirkəti bir araya toplayıb

25.04.2017

26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi keçirilir. “Road&Traffic 2017” sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaradılması və yol hərəkətinin təhlükəsizliyi sahəsində problemlərin həlli yollarının inkişaf etdirilməsidir. “Road&Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının rəhbər və mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Bu il “Road&Traffic” sərgisi dünyanın 11 ölkəsini - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Belarus, Çin, İsveçrə, Polşa, Rusiya, Türkiyə, Ukrayna təmsil edən 26 şirkəti bir araya toplayıb. Sərgidə yol və körpülərin layihələndirilməsi və tikintisi, yolların işarələnməsi üçün texnika və avadanlıqlar, yol maneələri, geoloji planlaşdırma və kartoqrafiya, ərazinin “3D” formatlı modelləşdirilməsi, geodeziya avadanlıqları, yol üçün işıqlandırma sistemləri, asfalt-beton zavodları, yol üçün geosintetik materiallar,  yol-inşaat texnikası, nəqliyyat vasitələrinin hərəkət sürətini ölçmək üçün vasitələr, avtobuslar və bir sıra digər məhsullar təqdim olunur.

Sərgi iştirakçıları arasında “Azvirt”, “Basler Lacke AG”, “Cepas”, “Gp Steuerungs - & Anlagenbau Gmbh”, “Hofmann Gmbh”, “Rubikon Geosystems”, “Tekno Maccaferri” və “Wavetronix” kimi şirkətlər, eləcə də “Azəravtoyol” ASC yer alır. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur.

Sərgi çərçivəsində “Bakının nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda seminar keçiriləcək. Seminar 27 aprel tarixində saat 12:00 – 13:00-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Beləliklə, “Road&Traffic” sərgisi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək və Bakı şəhərində, eləcə də Azərbaycanın digər böyük şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması sahəsində hökumətin cari və gələcək planları ilə tanış olmaq, həmçinin bu layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün ideal şərait yaradacaq.

“Road&Traffic” sərgisi 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri ilə eyni meydançada keçirilir. Sərgi peşəkar ziyarətçilər üçün 26-28 aprel tarixində, tələbələr üçün isə aprel ayının 28-də açıq olacaq. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

BİZƏ QOŞULUN

VİDEO

DƏLƏDUZLAR DİQQƏT

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

XƏBƏRLƏR

  • 17.08.2022
    Payız sərgi mövsümü sentyabr ayında başlayır

  • 20.04.2022
    Bakı Enerji Həftəsi iyun ayında start götürür

  • 06.04.2022
    Yaz sərgi mövsümü öz işinə başlayır

  • 30.12.2021
    1-3 iyun 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda Bakı Enerji Həftəsi keçiriləcək

  • 22.03.2021
    Novruz bayramınız mübarək!

bütün xəbərlər

1999 - 2022 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.