• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

Xəzər regionunun aparıcı sərgi və konfrans təşkilatçısı

  • AZ
  • EN
  • RU
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

“Caspian Oil&Gas 2017” konfransı 1-2 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində keçiriləcək
“Caspian Oil&Gas 2017” konfransı 1-2 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində keçiriləcək

11.05.2017

http://new.iteca.az/uploads/iteca/news/33/news_33_4839_1.jpg

1-2 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” konfransı keçiriləcək. Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Caspian Oil&Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir.

Konfransda Azərbaycanın dünya enerji bazarında rolu; aparıcı layihələrin cari vəziyyəti  və gələcək perspektivləri; əsas bazar iştirakçılarının “onşor” (sahil) və “ofşor” (dəniz) yataqlarının işlənməsi üzrə planları; neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi; Azərbaycanda neft emalı və neft-kimya sənayelərinin cari vəziyyəti və inkişafı; neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli Azərbaycan-Xəzər regionunun nəqliyyat-logistika qovşağı; yataqların işlənməsi üzrə səmərə və optimallığın artırılması; köhnə yataqların neft vermə əmsalının  artırılması üçün  qabaqcıl texnologiyaların istifadəsi; rəqəmsal texnologiyaların insan resursları və səmərə artımında effektiv rolu; alternativ enerji sahəsində innovativ texnologiyalar. Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir.

Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir.  Bu yubiley tədbirə, “ BP – 25 il ərzində Azərbaycanın uzunmüddətli tərəfdaşı” adlı konfransının bir sessiyası həsr olunacaq.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Gümüş Sponsorlar -  INPEX, McDermott, Statoil, Reflex Marine, Bürünc Sponsorlar – Schlumberger, Caspian Geophysical, Microsoft, Siemens, Dentons, Fluor, Nobel Upstream, TAP, Total, Zenith Energy, Yokogawa Lamor Corporation çıxış edirlər. Konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Beləliklə, konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Konfransın təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər.

BİZƏ QOŞULUN

VİDEO

DƏLƏDUZLAR DİQQƏT

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

XƏBƏRLƏR

  • 17.08.2022
    Payız sərgi mövsümü sentyabr ayında başlayır

  • 20.04.2022
    Bakı Enerji Həftəsi iyun ayında start götürür

  • 06.04.2022
    Yaz sərgi mövsümü öz işinə başlayır

  • 30.12.2021
    1-3 iyun 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda Bakı Enerji Həftəsi keçiriləcək

  • 22.03.2021
    Novruz bayramınız mübarək!

bütün xəbərlər

1999 - 2022 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.