• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

Xəzər regionunun aparıcı sərgi və konfrans təşkilatçısı

  • AZ
  • EN
  • RU
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • BİZİM KOMANDAMIZ
    • TƏRƏFDAŞLARIMIZIN OFİSLƏRİ
    • LOQOTİPLƏRİ YÜKLƏMƏK
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • DAİMİ İŞTRAKÇILAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

“WorldFood Azerbaijan 2017” və “Ipack Caspian 2017” 17-19 may tarixlərində keçiriləcək
“WorldFood Azerbaijan 2017” və “Ipack Caspian 2017” 17-19 may tarixlərində keçiriləcək

02.05.2017

http://new.iteca.az/uploads/iteca/news/33/news_33_4840_1.jpg

17-19 may 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – 23-cü  Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgiləri keçiriləcək. Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi  Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Qida sənayesinin inkişafına təkan verən “WorldFood Azerbaijan” sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edəcək. Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə çıxış edir. Dağıstan və Stavropol vilayəti sərgidə regional stendlə iştirak edirlər. 100% Şri-Lanka çayını istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edir. Sevindirici haldır ki, bu il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları sərgidə fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.

“Ipack Caspian 2017” sərgisinin iştirakçıları arasında həm birbaşa tara və qablaşdırma məhsullarını, həm də həmin məhsulların istehsalı üçün həll variantlarını təklif edən Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri var.

Təşkilatçılar sərginin işi ilə yanaşı, Bakı Ekspo Mərkəzində qida məhsulları tədarükçüləri və pərakəndə ticarət şəbəkələrinin (PTŞ) nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Bu görüşlər zamanı iştirakçılar aparıcı pərakəndə ticarət şəbəkələrinin nümayəndələri ilə birbaşa danışıqlar apara bilərlər.

Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.

BİZƏ QOŞULUN

VİDEO

DƏLƏDUZLAR DİQQƏT

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

XƏBƏRLƏR

  • 17.08.2022
    Payız sərgi mövsümü sentyabr ayında başlayır

  • 20.04.2022
    Bakı Enerji Həftəsi iyun ayında start götürür

  • 06.04.2022
    Yaz sərgi mövsümü öz işinə başlayır

  • 30.12.2021
    1-3 iyun 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda Bakı Enerji Həftəsi keçiriləcək

  • 22.03.2021
    Novruz bayramınız mübarək!

bütün xəbərlər

1999 - 2022 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.