• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • ZH
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

KARYERA

Caspian Event Organisers" şirkəti fərq yaratmağa həvəsli olan insanlar üçün yeni və maraqlı fürsətlər təklif edir. Şirkət daxilində müxtəlif departamentlər mövcuddur, ona görə də maraqlarınızdan, bacarıqlarınızdan və ya ixtisasınızdan asılı olaraq hər zaman sizin üçün iş təklifimiz ola bilər. Şirkətlə eyni məqsədləri paylaşan istedadlı və motivasiyalı şəxsləri işə götürməkdə maraqlıyıq. Əgər peşəkar komandamıza qoşulmaq istəyirsinizsə, CV-nizi bizim cv@iteca.az email ünvanımıza göndərin.
 

 

  • Satış üzrə menecer 

Vəzifə Təsviri:

  • Yerli və beynəlxalq müştəri bazaları ilə telefon zəngləri vasitəsilə satışların təşkili
  • Müştərilərlə görüşlərin keçirilməsi
  • Potensial və mövcud müştərilərlə əlaqələrin qurulması və saxlanılması
  • Müqavilələrin müzakirəsi və bağlanması
  • Əlavə xidmətlərin satışı (sponsorluq paketləri, marketinq xidmətləri)
  • Layihə (sərgi) konseptlərinin hazırlanması
  • Satış materiallarının hazırlanması
  • Satış bazalarının idarə olunması
  • Layihələrin təşviqi (korporativ veb saytın məzmununun hazırlanması və yenilənməsi, dəstək tədbirlərinin təşkili, birbaşa poçt və e-mail kampaniyaları)
  • Ödənişlərin yığılması
  • Marketinq, texniki və inzibati şöbələrlə işin koordinasiyası
  • Sərgi hesabatlarının hazırlanması

 

Bacarıqlar və Keyfiyyətlər:

  • Layihələrin idarə olunması, planlaşdırma, şifahi və yazılı ünsiyyət
  • Proseslərin təkmilləşdirilməsi və problemlərin həlli
  • Güclü analitik və hesabat bacarıqları
  • Təzyiq altında işləmə və vaxtında nəticə əldə etmə bacarığı
  • Strateji və yaradıcı düşüncə

 

Tələblər:

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq və yazı bacarığı
  • Əla ünsiyyət və təqdimat bacarıqları
  • Dinamik, sosial və nəticəyönümlü şəxsiyyət
  • Oxşar vəzifədə sübut edilmiş təcrübə
  • MS Office proqramlarında (Word, Excel, Internet və s.) səriştə
  • Azərbaycan daxilində və xaricdə səfərlərə hazır olmaq
  • Müştəri və bazar dinamikasının yaxşı anlaşılması
  • Sahibkarlıq ruhu, hədəf yönümlü və yüksək motivasiyalı olmaq
  • Dürüst, hörmətli və müştəri yönümlü yanaşma
  • Stressə davamlı, əla təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
  • Analitik düşüncə və detallara diqqət
  • Elastik, əməkdaşlığa açıq və komanda ruhlu olmaq
  • Əzmkar, enerjili və intizamlı

 

- İctimaiyyətlə əlaqələr üzrə menecer (PR Manager)
 

İş forması: Tam ştat
Vəzifə öhdəlikləri:

  • Şirkətin və layihələrin PR strategiyasının hazırlanması və icrası (sərgilər, tədbirlər, xüsusi təşəbbüslər)
  • Şirkətin media məkanında imicinin formalaşdırılması və qorunması
  • KİV, jurnalistlər, influenserlər və sahə üzrə tərəfdaşlarla əməkdaşlıq
  • Press-relizlərin, xəbərlərin, məqalələrin, müsahibələrin və rəsmi bəyanatların hazırlanması və yayılması
  • Press-tədbirlərin təşkili (mətbuat konfransları, press-turlar, brifinqlər, media ziyarətləri)
  • Şirkət spikerlərinin ictimai çıxışlara və müsahibələrə hazırlanması
  • İnformasiya mühitinin monitorinqi, brend haqqında qeydiyyatların təhlili və media hesabatlarının hazırlanması
  • Korporativ veb-sayt, sosial şəbəkələr və marketinq materialları üçün kontentin hazırlanmasında iştirak
  • Şirkətin reputasiyasının idarə olunması və antikrizis kommunikasiya
  • Marketinq, satış və inzibati şöbələrlə koordinasiya
  • Şirkət layihələrinin PR və kommunikasiya baxımından dəstəklənməsi
  • PR fəaliyyətləri və kommunikasiya effektivliyi üzrə hesabatların hazırlanması

Bacarıqlar və səriştələr:

  • Strateji planlaşdırma və kommunikasiya idarəetməsi
  • Yazılı və şifahi ünsiyyət üzrə yüksək bacarıqlar
  • İnformasiya mövzuları və media gündəmi ilə işləmək bacarığı
  • Krizis kommunikasiya və reputasiya menecmenti bacarıqları
  • Analitik düşüncə və hesabat hazırlama bacarıqları
  • Kreativ yanaşma və ideya yaratmaq bacarığı
  • Yüksək səviyyədə özünüidarəetmə və vaxtın idarə olunması

Tələblər:

  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək (şifahi və yazılı)
  • PR, kommunikasiya və ya media sahəsində təsdiqlənmiş iş təcrübəsi
  • KİV-lə mövcud əlaqələrin olması üstünlükdür
  • Güclü mətn yazma və redaktə bacarıqları
  • KİV və digital kommunikasiya prinsiplərini anlamaq
  • MS Office proqramlarında sərbəst işləmək, PR və digital alətlərlə təcrübə
  • Deadline və multitasking şəraitində işləmək bacarığı
  • Təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlülük
  • Yüksək peşə etikası və müştəriyönümlülük
  • Stressədavamlılıq, çeviklik və komanda ilə işləmək bacarığı
  • Detallara diqqət və analitik düşüncə qabiliyyəti
 


Əlaqə üçün məlumat:
Tel:  +99412 404 10 01
E-mail:
cv@iteca.az

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 5 noyabr 2025
    Iteca Caspian və Caspian Event Organisers 2025-ci ilin sərgi mövsümünü başa vurdu

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

Hamısına bax

1999 - 2026 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.