• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • ZH
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

Beynəlxalq sərgilər iqtisadi inkişafa yeni imkanlar açır: Bakıda payız sərgi mövsümü başlayır
Beynəlxalq sərgilər iqtisadi inkişafa yeni imkanlar açır: Bakıda payız sərgi mövsümü başlayır

21 sentyabr 2026

image

2026-cı ilin payızında Bakı yenidən müxtəlif strateji sahələr üzrə beynəlxalq biznes dialoqunun əsas görüş məkanlarından birinə çevriləcək. “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri sentyabr-dekabr aylarında müdafiə sənayesi, daxili təhlükəsizlik, tikinti, şəhər infrastrukturu və idman sahəsini əhatə edən beynəlxalq sərgilər təşkil edəcəklər.

Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirlər dövlət qurumlarını, yerli və xarici şirkətləri, istehsalçıları, təchizatçıları, investorları və sahə mütəxəssislərini bir araya gətirəcək. Sərgilər yeni texnologiya və həllərin təqdimatı ilə yanaşı, birbaşa işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi, ixrac imkanlarının genişləndirilməsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması üçün də mühüm platforma rolunu oynayacaq.

Payız sərgi mövsümünə sentyabrın sonunda Qafqaz regionun müdafiə sənayesi sahəsində nəhəng tədbiri ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi start verəcək. Oktyabr ayında mövsüm Xəzər İnşaat Həftəsi və “Road & Traffic” ilə davam edəcək, ilin son aylarında isə iki yeni sərgi təşkil ediləcək. Sərgi təqviminə noyabr ayında idman sənayesinin müxtəlif istiqamətlərini özündə əks etdirən ExpoSport Azerbaijan sərgisi ilə yekun vurulacaq. Bütün tədbirlər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə keçiriləcək.

Müdafiə sənayesi və təhlükəsizlik üzrə regionun əsas görüş məkanı

30 sentyabr-2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzi ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə ev sahibliyi edəcək. ADEX sərgisi ilə eyni tarixlərdə paralel olaraq “Securex Caspian” - 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi təşkil olunacaq.

Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADEX-i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.

Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbirlərindən biri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan ADEX Azərbaycanın beynəlxalq nüfuza malik milli brendlərindən biridir. Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Təşkilatçı “Caspian Event Organisers” şirkətidir.

ADEX tarixində ilk dəfə olaraq 2026-cı ildə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Ekspozisiya sahəsinin rekord səviyyədə genişlənməsi sərgiyə artan beynəlxalq marağın və ADEX-in müdafiə sənayesində möhkəmlənən mövqeyinin göstəricisidir. İndiyədək 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya milli ekspozisiyalarla çıxış edəcəklər. Bu il Böyük Britaniya, Almaniya və Rumıniya isə ADEX-də ilk dəfə iştirak edəcək ölkələr sırasındadır.

Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı da ADEX 2026-da geniş təqdim olunacaq. Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə tam şəkildə milli ekspozisiya üçün ayrılacaq.

Sərginin ekspozisiyası aviasiya və pilotsuz sistemlər, radioelektron vasitələr, C4ISR texnologiyaları, müasir silah-sursat və hərbi texnika daxil olmaqla müdafiə sənayesinin əsas istiqamətlərini əhatə edəcək. Hazırkı mərhələdə 33 ölkədən 40-dan çox rəsmi nümayəndə heyətinin iştirakı təsdiqlənib. Bu, sərgi çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərə, hərbi-texniki əməkdaşlıq perspektivlərinin müzakirəsinə və yeni strateji tərəfdaşlıqların qurulmasına imkan yaradacaq.

ADEX ilə eyni tarixlərdə keçiriləcək Securex Caspian daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları üzrə qabaqcıl həlləri bir araya gətirəcək.

Hər iki sərgini müşayiət edən işgüzar proqram çərçivəsində strateji, akademik, innovasiya, texnologiya və təlim sessiyaları, həmçinin “Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” adlı startap layihəsinin təqdimatı nəzərdə tutulur.

Şəhərsalma, inşaat və nəqliyyat infrastrukturu vahid platformada

14-16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) keçiriləcək. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda Caspian Construction Week” dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.

Həftə çərçivəsində „BakuBuild“ - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, „Rebuild Garabagh“ - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, „Aquatherm Baku“ - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və „Plastex Caspian“ - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil olunacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və məktub sərginin rəsmi açılış mərasimində səsləndirilir.

Xəzər İnşaat Həftəsinə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır.

Həftə çərçivəsində “BakuBuild” sərgisində tikinti və istehsalat avadanlıqları, tikinti materialları, döşəmə, interyer və memarlıq həlləri, işıqlandırma və izolyasiya sistemləri, keramika və üzlük daşı, metal məmulatları, pəncərə və

qapılar, landşaft həlləri və digər istiqamətlər üzrə məhsul və texnologiyaları nümayiş etdirəcək. “Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb edilməsinə xidmət edəcək. “Aquatherm Baku” istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini, “Plastex Caspian” isə plastik və polimer sənayesində xammal, istehsal texnologiyaları və hazır həlləri əhatə edəcək.

Hazırda 200-dən çox şirkət Xəzər İnşaat Həftəsində iştirakını təsdiqləyib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alır. İtaliya, Özbəkistan və Rusiya sərgidə milli pavilyonlarla təmsil olunacaq. 2026-cı ildə İtaliya sərgidə iştirakını genişləndirərək iki pavilyonla çıxış edəcək. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiya olacaq. Bir neçə sərginin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində daha geniş peşəkar auditoriyaya çıxış imkanı yaradacaq.

Sərgilərin zəngin işgüzar proqramına panel müzakirələri, tematik sessiyalar, təqdimatlar, eləcə də B2B və B2G görüşləri daxil olacaq. Bu format şirkətlərə özəl sektor və dövlət qurumlarının nümayəndələri ilə birbaşa danışıqlar aparmaq, bazarın tələbatını öyrənmək, təchizat və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradacaq.

“Caspian Construction Week” ilə eyni tarixlərdə “Road & Traffic” - 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də təşkil olunacaq. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları üzrə mütəxəssisləri bir araya gətirəcək. Burada yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi, şəhərsalma, yol-tikinti texnikası, geodeziya və GIS sistemləri, parkinq sistemləri, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, ictimai nəqliyyat, ödəniş sistemləri, velo-nəqliyyat infrastrukturu, yol nişanları, işıqlandırma və təhlükəsizlik həlləri təqdim ediləcək. Hazırkı dövrədək sərgidə Azərbaycan, Çin, Rusiya Federasiyası və digər ölkələrdən “Bohnenkamp”, “Fujian Tıetuo Machinery Co., Ltd”, “Geoid”, “Global Automobiles”, “K Group (Bakıkart)”, “Miakom SPB”, “STP-BTECH” kimi şirkətlər iştirakını təsdiq etmişdir. Eyni zamanda “Road & Traffic” sərgisində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi öz stendi ilə təmsil olunacaq.

Payız sərgi mövsümünün yeni idman tədbiri – ExpoSport Azerbaijan

2026-cı ilin payız sərgi mövsümünün mühüm yeniliklərindən biri 26–28 noyabr tarixlərində keçiriləcək “ExpoSport Azerbaijan” – Azərbaycan Beynəlxalq İdman, Fitnes, Sağlamlıq və Aktiv Həyat Tərzi Sərgisi olacaq. Sərgi Bakı Kristal Zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə təşkil olunacaq.

Sərginin məhz 2026-cı ildə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakının idman infrastrukturunu yüksək qiymətləndirərək şəhəri 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib. Bu status kütləvi idmanın, ictimai sağlamlığın və aktiv həyat tərzinin təşviqi ilə yanaşı, Bakının idman turizmi potensialının genişləndirilməsi və paytaxtda idman sənayesinə həsr olunmuş yeni tədbirlərin keçirilməsi üçün əlverişli zəmin yaradır.

Məhz bu kontekstdə təşkil olunan “ExpoSport Azerbaijan” idman sənayesinin müxtəlif istiqamətlərini vahid məkanda birləşdirəcək. Sərgidə idman federasiyaları və assosiasiyaları, peşəkar və həvəskar idman klubları, idman geyimləri və aksesuarları, idman qidaları və əlavələri, idman təbabəti, sağlamlıq və reabilitasiya xidmətləri, idman texnologiyaları və avadanlıqları, idman obyektlərinin tikintisi və təchizatı, idman turizmi, tədbir təşkilatçıları, ixtisaslaşmış təhsil müəssisələri, eləcə də e-idman və interaktiv oyun həlləri təqdim olunacaq.

Sərgi istehsalçıları, distribütorları, idman federasiyalarını və klublarını, fitnes mərkəzlərini, startapları, investorları, idmançıları və aktiv həyat tərzi ilə maraqlanan ziyarətçiləri bir araya gətirəcək. İştirakçılar məhsul və xidmətlərini hədəf auditoriyaya təqdim etmək, yeni ticarət əlaqələri qurmaq və potensial tərəfdaşlarla görüşmək imkanı əldə edəcəklər.

“ExpoSport Azerbaijan” çərçivəsində B2B görüşlərinin, tanınmış idmançılarla görüş və söhbətlərin, əyləncəli və interaktiv oyunların, müxtəlif idman növləri üzrə canlı nümayişlərin, yarışların və viktorinaların keçirilməsi nəzərdə tutulur. Ziyarətçilər üçün ayrılacaq xüsusi zonalarda idman avadanlıqlarını sınaqdan keçirmək, müxtəlif fiziki fəaliyyətlərdə iştirak etmək, eləcə də yeni məhsul və həllərlə tanış olmaq mümkün olacaq.

Yeni sərginin Azərbaycanda idman mədəniyyətinin və sağlam həyat tərzinin təşviqinə, innovativ idman texnologiyalarının tanıdılmasına, idman sənayesində əməkdaşlığın genişləndirilməsinə və ölkənin idman turizmi potensialının inkişafına töhfə verəcəyi gözlənilir.

Bakıda keçirilən beynəlxalq sərgilərin əhəmiyyəti yalnız ayrı-ayrı sahələr üzrə məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır. Beynəlxalq sərgilər Azərbaycanda biznes turizminin inkişafında mühüm rol oynayır, eləcə də ölkəyə innovativ texnologiyalar və investisiyalar cəlb edərək, yeni imkanlar üçün mühüm platforma rolunu oynayır.

Çoxsaylı işgüzar qonaqların ölkəyə gəlməsi bütün xidmət sahələrinin — otellərin, restoranların, nəqliyyat şirkətlərinin və digər xidmət müəssisələrinin ən yüksək səviyyədə koordinasiyalı fəaliyyətini tələb edir. Bununla da sərgilər multiplikator effekti yaradır, işgüzar fəallığı stimullaşdırır, qonaqpərvərlik və nəqliyyat sektorunun inkişafına töhfə verir və, təbii ki, ölkənin investisiya cəlbediciliyini daha da möhkəmləndirir.

2026-cı ilin payız sərgiləri ölkə iqtisadiyyatına verdiyi bu töhfənin davamı olaraq, Bakının beynəlxalq biznes mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə xidmət edəcək. Müdafiə və təhlükəsizlikdən tikinti və şəhər infrastrukturuna, həyat tərzi və istehlak sənayelərinədək geniş sahələri əhatə edən tədbirlər yeni texnologiyaların, investisiyaların və tərəfdaşlıqların Azərbaycana cəlb olunmasına, region ölkələri arasında işgüzar dialoqun genişlənməsinə və ölkənin investisiya cəlbediciliyinin artmasını təşviq edəcəkdir.

 

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 21 sentyabr 2026
    Beynəlxalq sərgilər iqtisadi inkişafa yeni imkanlar açır: Bakıda payız sərgi mövsümü başlayır

  • 24 avqust 2026
    Azərbaycan ilə Özbəkistanın dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

  • 25 may 2026
    31-ci Bakı Enerji Həftəsi

  • 15 may 2026
    Gələcəyin şəhərlərini quraraq: ICA Group Ümumdünya Şəhərsalma Forumunda

Hamısına bax

1999 - 2026 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.