• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

RƏYLƏR

Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. 
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2025



Ötən illərdə olduğu kimi, bu il də “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əbədi qardaş iki ölkə - Türkiyə və Azərbaycan başda olmaqla bölgəmiz üçün uğurlu olmasını diləyirəm. Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclü şəkildə və qətiyyətlə davam etdirilir.

RECEP TAYYİP ERDOĞAN
Türkiyə Respublikasının Prezidenti
2025



ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik. Bu gözəl tədbirlə bağlı bir daha təbriklərimi çatdırıram. 
DONALD TRAMP
ABŞ Prezidenti
2025



Ulu Öndər Heydər Əliyevin beynəlxalq enerji məkanında Azərbaycana etibarlı tərəfdaş statusu qazandıran neft strategiyasının bəhrəsi olan bu platforma, bu gün Xəzər regionunda yeni enerji təşəbbüslərinin reallaşmasına və əməkdaşlıq dairəsinin genişlənməsinə mühüm töhfə verir.
PƏRVİZ ŞAHBAZOV
Azərbaycan Respublikasının energetika naziri
2025



Azərbaycanın yeni enerji strategiyasının müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ötən illər ərzində regionda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa mühüm töhfə verən çoxşaxəli platformaya çevrilib.
RÖVŞƏN NƏCƏF
SOCAR-ın prezidenti
2025



Sərginin 30 illik yubileyi münasibətilə qurulmuş “Smart Energy Hub” adlı xüsusi startap zonası yerli startaplara enerji sahəsinin aparıcı şirkətlərinə və digər maraqlı tərəflərə qabaqcıl həllərini və strategiyalarını təqdim etmək üçün unikal imkan yaradır. Startapları dəstəkləyən qurum olaraq hesab edirik ki, təşkilatçıların bu təşəbbüsü təqdirəlayiqdir.
ORXAN MƏMMƏDOV
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İdarə Heyətinin sədri
2025



Koronavirus pandemiyasi ilə əlaqədar olaraq görüşə bilmədik, lakin bu il Bakıda neft-qaz sərgisi və forumunu ziyarət etmək imkanımız olduğu üçün çox şadıq. Sərgidə ayrıca stend təqdim etdik, Azərbaycanın paytaxtında - SOCAR və digər şirkətlərlə çoxlu görüşlərimiz oldu və düşünürük ki, danışıqlar müsbət nəticə verəcək. Azərbaycan, Türkiyə, Bolqarıstan, Serbiya, ABŞ və Avropa İttifaqından olan həmkarlarımızla səmərəli müzakirələr aparmaq imkanımız oldu.
VİRGİL-DƏNİEL POPESKU
Rumıniyanın energetika naziri
2024



Siyasətin müəyyən edilməsi və biznes baxımından müxtəlif maraqlı tərəflərin böyük beynəlxalq toplantısı olan bu Forumda iştirak etmək maraqlıdır. Beləliklə, Bakı Enerji Forumu, dünyanın hər yerindən insanları bir araya gətirən böyük bir hadisədir. Hesab edirəm ki, bu, regional konfransdır, ona görə də onun siyasətə və biznesə təsir etmək potensialı yüksəkdir. Bu, hər il bir araya gələrək bu məsələləri müzakirə etmək üçün yaxşı imkandır.
TİNA SERSEN
Sloveniya Respublikası ətraf mühit, iqlim və energetika nazirinin müavini
2024



Azərbaycan gələcəkdə enerjidaşıyıcıların tədarükü sahəsində Avropanın çox mühüm tərəfdaşı olacaq, buna görə də əlaqələr yaxşılaşdırılmalıdır. Ümid edirəm ki, bu tədbir bizi Azərbaycan ilə birləşdirən şəbəkənin gücünün artırılmasının zəruriliyinə inanmayanları inandırmağa kömək edəcək.

Hesab edirəm ki, Bakı Enerji Forumunda müzakirə olunan ən mühüm məsələ Azərbaycandan mümkün qədər çox “yaşıl enerji”nin və təbii qazın Avropaya nəqli ilə bağlıdır. Bu ən vacib məsələdir.
PİTER SİYYARTO
Macarıstanın Xarici İşlər və Ticarət naziri
2024



Bu gün iştirak etdiyimiz tədbir çox fərqlidir. Bu, dünya səviyyəli tədbirdir. Artıq investorlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və onun diqqətini cəlb etməyə çalışırlar. Avropa İttifaqı Azərbaycanı enerji sahəsində strateji tərəfdaş adlandırır.
METYU BRAYZA
Enerji, mühəndislik və telekommunikasiya şirkətlərinin İdarə Heyətinin Üzvü
2024



Düşünürəm ki, tədbir əla şəkildə təşkil olunub. Gözəl məkan seçilib, hər şey gözəl düşünülmüşdür və qonaqpərvərlik həmişəki kimi öz səviyyəsindədir!

Fikrimcə, bu cür tədbirlər çox vacibdir, həm hökumət nümayəndələri, həm də özəl şirkətlər və tənzimçilərlə bir araya gəlmək, gələcək və aktual məsələləri müzakirə etmək imkanı verir və forum bütün maraqlı tərəflər üçün ideal görüş yeridir.
NİAL HENDERSON
Vitse-Prezident, bp
2024



Bu Forum şəxsən mənim üçün maraqlıdır, çünki o, qlobal enerji söhbətinə müxtəlif regional səsləri qatır. Bu, bizim 100-cü enerji konqremiz, Bakının isə 29-cu Enerji Forumudur. Hesab edirəm ki, burada çox sayda dəyərli iştirakçılar var.

Bu, perspektivləri mübadilə etdiyimiz və ümidvaram ki, əvvəllər görmədiyimiz bəzi yeni imkanları müəyyən etdiyimiz və əvvəllər mövcud olmayan əməkdaşlığı gücləndirdiyimiz və necə hərəkət edəcəyimizə dair bir sıra qərarlara gətirib çıxaran yeni həll yolları yaradan dialoq forumudur.
ANGELA VİLKİNSON
Dünya Enerji Şurasının Baş katibi və icraçı direktoru
2024



Forum uğurlu şəkildə davam edir. Hal-hazırda enerji təhlükəsizliyi strategiyasının müzakirəsi çox vacibdir. Biz bir çox ölkələrdə enerji təhlükəsizliyinin peşəkar təminatı ilə məşğul olmağa hazır və bizimlə həmfikir insanları tapmalıyıq. Burada, forumda qaz məsələsindən də danışdıq.

Bu enerji keçidi üçün vacibdir. Yenə də deyirəm: enerji balansını qorumaq və ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək bizim üçün vacibdir.  
VANNİA QAVA
İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibinin müavini
2024



Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.