Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq
Son illər tərəfimizdən təşkil olunan sərgilərin bir qrup iştirakçısı bizi biznes dələduzluğu ilə məşğul olan bəzi şirkətlər xüsusunda xəbərdar etmişdir.
Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) sərgilərin iştirakçı və təşkilatçılarından xahiş edir ki, onlar aşağıdakı təşkilat və internet-resurslarının mövcudluğunu nəzərə alaraq diqqətli və ehtiyatlı olsunlar:
“Expo Guide”;
FairGuide.com - veb-saytı;
“Construct Data Verlag GmbH” və şübhə doğuran digər bu kimi şirkətlər.
Bu biznes dələduzluğu barədə qısa məlumat:
Bu dələduz biznes fəaliyyətinin iş prinsipi belədir: sərgi iştirakçılarına onların təmsil etdikləri şirkətlərin adını sərgi kataloquna daxil etmək təklifini əks etdirən xüsusi məktub və sifariş forması göndərilir və kataloqu nəşr edən təşkilat adından zəmanət verilir ki, bu kataloq bütün ziyarətçilərə təqdim olunacaq.
Bu təklif hər hansı sərgi təşkilatçısı və ya marketinq assosiasiyasına heç bir aidiyyəti olmayan bir şirkətin əsassız və həddindən artıq bədəməl iddiası olmaqla yanaşı, həm də sifariş formasında kiçik hərflərlə yazıldığı üçün ilk baxışdan gözə dəyməyən iri məbləğli ödənişi ehtiva edir.
Sizə “Expo Guide” təşkilatı, “Fairguide.com” veb-saytı və ya “Construct Data Verlag GmbH” şirkətindən məktub daxil olarsa, həmin məktuba məhəl qoymamağı israrla tövsiyə edirik.