• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

30-cu Yubiley Bakı Enerji Həftəsinə hazırlıq aktiv şəkildə davam edir
30-cu Yubiley Bakı Enerji Həftəsinə hazırlıq aktiv şəkildə davam edir

10 yanvar 2025

image
2025-ci ildə 30 illik yubileyini qeyd edəcək Bakı Enerji Həftəsinə (“Baku Energy Week”) hazırlıq işləri aktiv şəkildə davam edir. Regionun nəhəng enerji tədbiri olan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley Bakı Enerji Forumu. Bakı Enerji Həftəsinin açılış mərasimində ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. 2024-cü ilin iyunun 4-də Bakı Ekspo Mərkəzində baş tutmuş Bakı Enerji Həftəsinin açılış mərasimində ölkə başçısı çıxış edərək, bu tədbirin ölkəyə xarici investisiyaları cəlb edilməsindəki rolunu vurğulayıb.

“Azfen”, “Baku Steel Company”, “bp”, “SLB”, STP, “Subsea7”, “Tekfen İnşaat ve Tesisat”, “Tenaris Connections”, “Türkiye Petrolleri” kimi şirkətlər artıq iştirakçılar sırasındadır.

Enerji sahəsinin mühüm məsələlərinin müzakirə olunduğu və uğurlu əməkdaşlıqların başlanğıcı olan bu tədbir çox sayda sponsorları cəlb edir. “Baku Energy Week” çərçivəsində təşkil ediləcək Bakı Enerji Forumu üçün daha bir beynəlxalq sponsorluq razılaşması əldə edilmişdir. Macarıstanın ən böyük neft və qaz şirkəti “MOL Group” forumun qonaqlarını qeydiyyat sponsoru olaraq salamalayacaqdır. Hazırda Bakı Enerji Həftəsinin sponsorları arasında “Azfen”, “Baku Steel Company”, “bp”, “GAP İnşaat”, “Kolin İnşaat”, “SLB”, “Tekfen İnşaat ve Tesisat”, “Total Energies” yer alır, “Boston Consulting Group” intellektual tərəfdaş və “Deloitte” isə konsaltinq üzrə tərəfdaş qismində çıxış edir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.

Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Bakı Enerji Həftəsi haqqında ətraflı məlumatları www. bew.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Eləcə də, 2025-ci ildə təşkil ediləcək sərgilərin təqvimini rəsmi internet səhifəsində (
https://iteca.az/az/events) və sosial şəbəkə hesablarında nəzərdən keçirmək olar.

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.