• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib
30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

22 aprel 2025

imageimageimageimageimageimageimage
Bu gün, 22 aprel tarixində regionun aparıcı enerji tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” və 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransLogistica Caspian” sərgisinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunmuşdur.

İşgüzar səhər yeməyində 48 şirkətdən 70-ə yaxın nümayəndə iştirak etmişdir. Tədbirdə Bakı Enerji Həftəsinə dəstək göstərən Azərbaycan Respublikasının Energetika Nazirliyi, baş tərəfdaş qismində çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və iştirakçı şirkətlərin nümayəndələri iştirak etmişdir. 

Tədbir zamanı sərgiyə hazırlıq prosesində diqqət olunmalı məsələlər, eləcə də iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmaq yolları haqqında məlumat təqdim olunmuşdur. İşgüzar səhər yeməyi interaktiv formada sual-cavab sessiyası ilə keçirilmişdir.

Tədbirdə 30-cu Yubiley "Baku Energy Week" və "TransLogistica Caspian" sərgisinin işgüzar proqramı, eləcə də 30-cu Yubiley Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək yubiley tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Xəzər regionunun nəhəng enerji tədbiri olan “Baku Energy Week” və “TransLogistica Caspian” sərgisi 2–4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. “Baku Energy Week”in tərkibi sayılan “Baku Energy Forum” 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcəkdir.

İşgüzar səhər yeməkləri iştirakçılara sərgidə satışlarını artırmaq və iştiraklarının effektivliyini yüksəltmək, netvörkinq, reklam imkanlarından maksimum istifadə etmək üçün faydalı məlumatlar və praktiki tövsiyələr təqdim edir. Bu tədbirlər sayəsində iştirakçılar müzakirə olunan üsul və strategiyaları tətbiq edərək məqsədlərinə daha sürətli və effektiv şəkildə çata, həmçinin sərgilərin təqdim etdiyi imkanlardan tam faydalana bilərlər.
 

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

  • 2 aprel 2025
    Yeniliklər və trendlər: Azərbaycan beynəlxalq sərgiləri

  • 24 fevral 2025
    Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün 6-cı intensiv praktiki seminar keçirilir

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.