• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

Azərbaycan-Çin: Yeni İmpuls
Azərbaycan-Çin: Yeni İmpuls

28 aprel 2025

imageimageimage

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə etdiyi son səfər iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm mərhələ oldu. 

Belə fəal əməkdaşlıq fonunda iki ölkə arasındakı biznes fəaliyyəti artır, bu amil isə xüsusilə Çin şirkətlərinin Bakıdakı beynəlxalq ticarət sərgilərində iştirakı ilə özünü parlaq şəkildə əks etdirir. 

Beləliklə, 2025-ci ilin yaz sərgi mövsümü çərçivəsində Azərbaycanda "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri tərəfindən təşkil edilən dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək. Bu sərgilər iqtisadiyyatın strateji sahələrini – kənd təsərrüfatı, qida sənayesi, energetika, nəqliyyat və logistika sahələrini əhatə edir. 

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 10 Çin şirkəti iştirakını təsdiqləyib. Bu şirkətlər sırasında "Beijing Yifan Technology", "HEFS Food", "Linyi Chengmei Peanut Foodstuff", "Lovol", "RegAgro Tech", "Shanghai Allynnav Technology", "Shandong Binnong Technology" və digər şirkətlər yer alır. 

Regionun ən böyük energetika tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) xüsusi diqqət çəkir. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” keçiriləcək. Hazırda 21 Çin şirkətinin bu tədbirdə iştirakı təsdiqlənib. Onlar arasında “GS Oiltools", "Hangzhou Fortune Gas Cryogenic Group", "Hebei Longway Petroleum Equipment", "Jiangsu Changbao Steel Tube", "Linzhou Fengbao Pipe Industry", "LONGi Solar Technology", "Neway Valve" (Suzhou) və digər tanınmış şirkətlər yer alır. 

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisində isə Çin şirkətləri olan “Qingdao Fengtie International Logistics” və “Shenzhen Morning Int’l Shipping” artıq iştiraklarını təsdiqləyiblər. 

Çin şirkətlərinin sərgilərdə fəal iştirakı, Azərbaycanın Avrasiyada logistika, energetika və kənd təsərrüfatı sahələrində strateji əhəmiyyətini bir daha vurğulayır, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə olan artan marağını da aydın şəkildə nümayiş etdirir. 

  

 

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.