• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

“Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edildi
“Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edildi

19 aprel 2023

image
Azərbaycanda “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib.

Assosiasiyanın məqsədi Azərbaycanda yarmarka-sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqi çərçivəsində bu sənaye növlərinin iştirakçılarının konsolidasiyası, sektor daxilində layihə və təşəbbüslərin işlənib hazırlanması, konqres və sərgi sənayesinin beynəlxalq aləmdə təşviqidir.

Biznes assosiasiyaları ölkə iqtisadiyyatının sektoral və regional hədəflərinə nail olunmasında dövlət-biznes dialoqu platforması olmaqla yanaşı, üzv şirkətlərin fəaliyyət göstərdikləri sektor və ya bölgələrin dayanıqlı inkişafı istiqamətində mühüm vasitələrdən biridir. Beynəlxalq sərgilərin təşkilində çoxillik təcrübəyə malik şirkətlər tərəfindən belə bir assosiasiyanın təsis edilməsi, şübhəsiz, həm sərgi təşkilatçılığı sahəsinə, həm də ümumilikdə ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir.

Assosiasiyanın təsisçiləri beynəlxalq sərgilərin təşkili sahəsində ixtisaslaşmış “Caspian Event Organisers”, “Iteca Caspian” və “AzExpoMontage” şirkətləri, sədri və qanuni təmsilçisi isə “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədovdur.

Müstəqil Azərbaycanın sərgi sənayesinin əsası ilk dəfə 1994-cü ildə keçirilmiş “Xəzər Neft və Qaz” Sərgisi ilə qoyulmuşdur. Bu müddət ərzində Azərbaycanda sərgi sənayesi işgüzar turizm, mehmanxana, restoran biznesi və s. inkişafına daimi illik töhfəsi ilə ölkə iqtisadiyyatının bir hissəsinə çevrilmişdir.
 

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.