XƏBƏRLƏR
Bakı Enerji Həftəsinin açılış mərasimi baş tutub
4 i̇yun 2024
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edib.
Sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubunu oxudu. Ardınca Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir çıxış etdi. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktubunu oxudu. Daha sonra Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero çıxış etdi. Ardınca Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays çıxış etdi. Sonuncu olaraq, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kameranın çıxışı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Yeni stansiyalar barədə videoçarx nümayiş olundu.
Daha sonra dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış oldu.
Prezident İlham Əliyev sərginin fəxri qonaqlar kitabını imzaladı. Daha sonra qonaqlarla xatirə şəkli çəkildi.
4-6 iyun tarixlərində regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi təşkil edilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilmişdir.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Enerji Həftəsinə 37 ölkədən 300-dək şirkət qatılıb. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Tədbir çox sayda sponsorlar cəlb edir. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsin builki sponsorları “ABB”, “ACWA POWER”, “ADNOC”, “AIQ”, “Ansaldo Energia”, “Aramco”, “AZFEN”, “Baku Steel Company”, “bp”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “GAP İnşaat”, “GL”, “INPEX”, “KOLIN İnşaat”, “Masdar”, “MOL Group”, “Nobel Energy”, “Photomate (Huawei)”, “SEE BREEZE”, “SLB”, “TEKFEN”, “TotalEnergies”, “Turkiye Petrolleri”, “Uniper”, “Ural Steel”, Wolters Kluwer (Enablon) və "Wood" şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” şirkəti, konsaltinq tərəfdaşı qismində isə “Deloitte & Touche” şirkəti çıxış edir.
Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Bakı Enerji Həftəsi ötən il olduğu kimi 2024-cü ildə də Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.
Bakı Enerji Həftəsi haqqında ətraflı məlumatları www. bew.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.