• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

Bakıda 6-cı dəfə sərgi sahəsinin peşəkarları üçün intensiv praktiki seminar keçiriləcək
Bakıda 6-cı dəfə sərgi sahəsinin peşəkarları üçün intensiv praktiki seminar keçiriləcək

11 fevral 2025

imageimage
2025-ci ilin 24 fevral tarixində Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzusunda intensiv praktiki seminar keçiriləcək. Seminar Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının təşkilatçılığı ilə “Radisson Hotel Baku” mehmanxanasında təşkil olunacaq. Təlimdə iştirakçılara sərgilərdə maksimal nəticələr əldə etməyin yolları göstəriləcək.

Artıq 6-cı dəfədir ki, baş tutacaq seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara "özünə kənardan baxmaq" imkanı yaratmaq, sərgilərə hazırlıq zaman ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır. Seminar yalnız praktiki xarakter daşıyır və konkret sərgi nümunələri üzərində müzakirələr aparılacaqdır.

İntensiv praktiki seminar 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlimlər keçmiş "EkspoEffekt" sərgi konsaltinq agentliyinin Baş direktoru Nikolay Karasev tərəfindən keçiriləcək. Təcrübəli mütəxəssis iştirakçılara real hallardan və nümunələrdən istifadə edərək, sərgilərdə effektivliyi artırmağın yollarını nümayiş etdirəcək. Seminar 2006-cı ildən bəri 25.000-dən çox iştirakçıya xidmət göstərib və yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.

İkihissəli təlimdə iştirakçılar üçün təşkil olunacaq "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzulu seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkilatı, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə ediləcək. İkinci hissədə isə sərgi komandası ilə bağlı işçilərin funksiyaları, xarici görünüş və davranış qaydaları, ziyarətçilərlə effektiv işin taktika və texnikaları, məhsul təqdimatının doğru üsulları, əlaqələrin işlənməsi və post-sərgi dövründə iştirakın qiymətləndirilməsi təqdim olunacaqdır.

Stend qurucuları üçün keçiriləcək “Sərgi stendlərini necə yaratmaq və satmaq olar” mövzulu seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumat veriləcəkdir. Təlimdə, stendin kommunikativ funksiyası, ziyarətçilərin diqqətinin cəlb edilməsi, ekspodizayn tendensiyaları barədə praktiki məlumat təqdim olunacaq.

Hazırkı seminar sərgilərə qatılan və qatılmağı planlaşdıran, eləcə də stendlərin dizaynı və qurulması ilə məşğul olan şirkətlərin rəhbərlərinə, dizaynerlərə, layihə menecerlərinə, direktor və satış menecerlərinə tövsiyə olunur. İştirak etmək istəyən şəxslər təşkilatçılarla əlaqə saxlaya bilərlər.

Tədbirdə iştirak etmək istəyən şəxslər əlaqədar şəxsdən ətraflı məlumat əldə edə bilərlər: Əlaqə nömrəsi +994 77 277 71 51.

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.