• HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

Iteca Caspian

XƏZƏR REGİONUNUN APARICI SƏRGİ VƏ KONFRANS TƏŞKİLATÇISI

  • AZ
  • EN
  • RU
  • Iteca Caspian
  • Iteca Caspian
  • Iteca Caspian
  • HAQQIMIZDA
    • ŞİRKƏT HAQQINDA
    • ƏLAQƏ
  • TƏDBİRLƏR
  • MEDİA MƏRKƏZİ
    • XƏBƏRLƏR
    • VİDEO
    • ŞƏKİLLƏR
    • RƏSMİ QƏZETLƏR
    • KİV BİZİM HAQQIMIZDA
  • TƏRƏFDAŞLARIMIZ
    • DƏSTƏK
    • TƏRƏFDAŞLAR
    • SPONSORLAR
    • RƏYLƏR
  • KARYERA

XƏBƏRLƏR

Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün 6-cı intensiv praktiki seminar keçirilir
Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün 6-cı intensiv praktiki seminar keçirilir

24 fevral 2025

imageimageimageimage
2025-ci ilin 24 fevral tarixində Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün "Sərgilərdə İştirakın Səmərəliliyini Necə Artırmaq Olar" mövzusunda intensiv praktiki seminar keçirilir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) təşkilatçılığı ilə "Radisson Hotel Baku" mehmanxanasında baş tutur.

Tədbirin açılış mərasimində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının idarə heyətinin sədri Fərid Məmmədov çıxış edib. Seminarda sərgi təşkilatçıları, stend qurucuları, ASTA-nın üzvləri və sponsor şirkətlərin nümayəndələri iştirak edirlər.

Artıq 6-cı dəfədir ki, baş tutan seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara "özünə kənardan baxmaq" imkanı yaratmaq, sərgilərə hazırlıq zaman ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır.

İntensiv praktiki seminarı 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlimlər keçmiş "EkspoEffekt" sərgi konsaltinq agentliyinin Baş direktoru Nikolay Karasev aparır. Təcrübəli mütəxəssis iştirakçılara real hallardan və nümunələrdən istifadə edərək, sərgilərdə effektivliyi artırmağın yollarını nümayiş etdirir. Seminar 2006-cı ildən bəri 25.000-dən çox iştirakçıya xidmət göstərib və yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.

İştirakçılar üçün təşkil edilmiş "Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar" mövzulu seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkilatı, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə edilir.

Stend qurucularına həsr olunmuş “Sərgi stendlərini necə yaratmaq və satmaq olar” mövzulu seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumatlar verilir.

Seminarda sərgi iştirakçıları öz uğur hekayələrini, sponsor şirkətlər isə uğurlu təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) aktiv şəkildə tədbirlər təşkil edir və bu 2025-ci ildə keçirilən artıq ikinci tədbirdir.

Sosial şəbəkələr

Video

DİQQƏT DƏLƏDUZLAR

Sərgi kataloqu ilə bağlı dələduzluq xüsusunda xəbərdarlıq

Xəbərlər

  • 30 may 2025
    Qlobal biznes futurist 30-cu Yubiley “Baku Energy Week” üçün Bakıya gəlir

  • 29 may 2025
    30-cu Yubiley “Baku Energy Week”in mətbuat konfransı baş tutdu

  • 28 aprel 2025
    Azərbaycan-Çin: Yeni İmpuls

  • 22 aprel 2025
    30-cu Yubiley “Baku Energy Week” və 22-ci “TransLogistica Caspian” sərgiləri öncəsi iştirakçılarla görüş keçirilib

Hamısına bax

1999 - 2025 © Iteca Caspian MMC
İstifadə qaydaları
Bütün hüquqlar qorunur.